Baxılıb: 1702 dəfə
18 May 2017 16:47 | Baxılıb: 449
BMU “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzində İslam həmrəyliyi ili ilə əlaqədar tədbir keçirildi

Bakı Mühəndislik Universitetində “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin professoru Nəsrullah Məmmədovun “İslamda millətlərarası münasibətlər və Qərblə dialoqdakı problemlərin həlli yolları” mövzusunda məruzəsi dinlənildi. Alim islam dininin tolerantlıq dini olduğuna diqqəti çəkərək, islamafobiyanın yaranmasında islam cəmiyyətinin öz dinini yaxşı bilməməsinin də rolu olduğunu vurğuladı. Günümüzdə Azərbaycanın yürütdüyü multikulturalizm və tolerantlıq siyasətinin çox lazımlı olduğunu ifadə edərək, bu siyasətin hər birimiz tərəfindən dəstəklənməsinin zərurətini örnəklərlə əsaslandırdı. Tədbirin sonunda alim tələbələrin suallarını cavablandırdı. ətraflı oxu »

http://beu.edu.az/az/news/Bak%C4%B1-M%C3 | 18 May 2017 13:25 | Baxılıb: 405
Bakı Mühəndislik Universitetində İslam həmrəyliyi ilə əlaqədar müşavirə keçirilmişdir

          BMU-nun Azərbaycan multikulturalizmi elm-tədris mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə “İslam həmrəyliyi ili ilə bağlı Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda ölkə ali məktəblərinin və multikulturalizmin tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərən digər qurumların təmsilçilərinin iştirakı ilə müşavirə keçirilmişdir.       Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA-nın Fəlsəfə İntitutunda yaradılmış Azərbaycan multikulturalizmi şöbəsi, AMEA-nın Folklor İnstitutunda fəaliyyət göstərən Azərbaycan folklorunda multikulturalizm ideyalarını öyrənən qrup, Azərbaycanda çıxan “Multikulturalizm” jurnalının redaksiyası, Yaradıcılıq fondu, ölkə ali məktəblərində yaradılmış Azərbaycan mult ətraflı oxu »

18 May 2017 13:18 | Baxılıb: 418
“Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının IV nəşrinin təqdimatı

       6 mart 2017 ci ildə Bakı Mühəndislik Universitetinin Azərbaycan multikulturalizmi Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının IV nəşrinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə jurnalın baş redaktoru Fəxri Uğurlu, baş redaktorun müavini Tahir  Kazımlı, texniki direktoru Fuad Cəfərov, məsul katibi Taleh Eminoğlu və Azərbaycan Milli Tarix Muzeyinin elmi işcisi Əli Fərhadov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mərkəzin müdir müavini Ramin Səmədov  Mərkəzin, Millətlərarası Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə  fəaliyyətə başladığını və elm-tədrsi mərkəzinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.        Təqdimat mərasimdə cıxış edən jurnalın baş redaktoru Fəxri Uğurlu jurnalın  Öl ətraflı oxu »

12 Apr 2017 13:53 | Baxılıb: 430
"Azərbaycan toy mahnıları" kitabının təqdimatı keçirilmişdir

BMU-da  “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzinin professoru, zəhmətkeş alim Minaxanım Təkəlinin “Azərbaycan toy mahnıları” adlı kitabının təqdimatı keçirilmişdir. Aprelin 9-u, Kitabevim kitab klubunda baş tutan tədbirdə elm və təhsil işçiləri, müəllifin oxucuları iştirak etmişlər. Kitabda Azərbaycan toy və şənliklərində ifa edilən halay mahnı mətnləri toplanmış; tarixi etnoqrafik araşdırmalar aparılmaqla toylarımızın tarixi mənzərəsi canlandırılmışdır. Tarixi irsimizin qorunması istiqamətində çox dəyərli addım sayılan bu etnoqrafik çalışmada ilk dəfə olaraq tarixi toylarımızda ifa edilən nəğmələrin orijinal mətnləri cəm olunmuşdur.  ətraflı oxu »

    Axtar


    Kateqoriyalar


    Sıralama


    İllər