Haqqımızda


 
   

“Azərbaycan multikulturalizm” elm-tədris mərkəzi Bakı Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən elm-tədris müəssisəsidir.

Mərkəz öz fəaliyyətini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Mühəndislik Universitetinin müvafiq strukturları ilə əməkdaşlıq şəraitində həyata keçirir.

Mərkəz, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq ölkədə tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunması üçün müvafiq iş aparmaq, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, Azərbaycan multikulturalizm modelini təşviq etmək və mövcud multikulturalizm modellərini tədqiq etməkdir.