Fəaliyyətlər


Mərkəzin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq ölkədə tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunması üçün müvafiq iş aparmaq, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, Azərbaycan multikulturalizm modelini təşviq etmək və mövcud multikulturalizm modellərini tədqiq etməkdir.

 

Mərkəzin vəzifələri aşağıdakılardır:

  •  Multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;
  • Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib bu istiqamətdə müvafiq iş aparmaq;
  • Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək;
  •  Müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək;
  • Müxtəlif bölgələrdə mədəniyyətlərin bir-birinə təsirini öyrənmək və onların yaxınlaşmasını təşviq etmək;
  • Azərbaycan Respublikasının bölgələrində müxtəlif mədəniyyətlərin izlərinin müəyyənləşdirilməsi üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlaqədar qurumlarla birlikdə arxeoloji axtarışlar təşkil etmək, mədəni, etnoqrafik irsin toplanması, elmi əsasda öyrənilməsi və qorunması istiqamətində tədbirlər həyata keçirmək;
  • Təhsil, mədəniyyət, elm, eləcə də digər sosial sahələrdə özünü göstərən və şəxsiyyətin mənəvi bütövlüyünün həmahəng inkişafına mane olan çatışmazlıqların aradan qaldırılması istiqamətində layihələr həyata keçirmək;
  • Müxtəlif ölkələrdə multikulturalizm üzrə ixtisaslaşmış mütəxəssislərin  Azərbaycanın multikultural nailiyyətlərini öyrənib öz ölkələrində təbliğ etməsi üçün müvafiq iş aparmaq;
  • Şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və etimad mühitinin yaranmasında xüsusi xidmətləri olan yerli və xarici ölkə vətəndaşlarının fəaliyyətinin təşviq edilməsi mexanizmini hazırlamaq və bu mexanizmə uyğun olaraq müvafiq  tədbirlər həyata keçirmək;
  • Dünyada multikulturalizm üzrə ixtisaslaşmış mütəxəssislərin, həmçinin siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi və yayılması istiqamətində iş aparmaq;
  • Bakı Mühəndislik Universitetinin elmi və ictimai fəaliyyətində yaxından iştirak etməkdir.